Rusiyalı məşhur teleaparıcı: “Bakıda olmaq ən azı iki kilo əlavə çəki
almaqdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycana böyük məmnuniyyətlə gələcəyəm, çünki uşaqlara qutabların, manqal
salatının, eyni zamanda, mahir əllərin hazırladığı kababın necə dadlı olduğunu
göstərmək istəyirəm”.
Bu sözləri Rusiyanın məşhur teleaparıcısı, şoumen Dmitri Dibrov Bakıya səfər
planlarını bölüşərkən deyib.
“Əlbəttə, imkan tapan kimi dərhal səfər edəcəyəm. Amma təəssüf ki, mənim
övladlarım heç vaxt Anar Məmmədxanovu, Rüstəm İbrahimbəyovu görməyəcəklər.
Bunlar, təbii ki, bərpaolunmaz itkilərdir. Amma yenə də Bakıda dostlar, ağıllı,
istedadlı insanlar var və mən onları görməyə şad olacağam”, – deyə Dibrov qeyd
edib.
Aparıcı Azərbaycanın mətbəxinə xüsusi yer ayırmağı da unutmayıb.
“Başa düşməlisən ki, Bakıda olmaq ən azı iki kilo əlavə çəki almaqdır (gülür).
Şübhəsiz ki, bütün bunlara qonaqpərvərlik, dostluq və iştaha da daxildir”, –
Dmitri Dibrov əlavə edib.
Mənbə: Moscow-baku.ru