Ötən gün Rusiyanın məşhur orkestri “İP Orchestra” Heydər Əliyev Sarayının səhnəsində çıxış edib.
ÇıxışYolu.Com xəbər verir ki, dirijor Cavad Tağıyev və skripkaçı Emin Hüseynovun təşkilatçılığı ilə baş tutan gecədə orkestr müxtəlif janrlarda olan mahnıları simfonik quruluşda ifa edib.
Günlər öncəsindən biletləri tükənən konsertdə dünyanın əfsanəvi rok mahnılarının kompozisiyaları ifa olunub.
İki hissədən ibarət olan gecənin sonunda “Yuxu” qrupunun məşhur hiti “Xəzərin sahilində” mahnısının fərqli tərzdə tamaşaçılara çatdırılıb.
Konserti idarə edən dünya şöhrətli rusiyalı dirijor İqor Ponomarenko növbəti konsertin oktyabr ayında baş tutacağını bildirib.
.