7d2b4c81-121b-4854-a5a4-126e4e9b17f7..jpg

Rusiyalı politoloq azərbaycanlıları görüşə dəvət etdi – VİDEO

Baxış sayı: 521 dəfə baxılıb.

Rusiyalı politoloq azərbaycanlıları görüşə dəvət etdi – VİDEO

Tanınmış rusiyalı ictimai xadim, politoloq, jurnalist və teleaparıcı Maksim
Şevçenko azərbaycanlılara videomüraciət edib.

O bildirib ki, oktyabrın 6-da Bakıda, Heydər Əliyev Sarayında hər kəsin yolunu
gözləyir.

Görüşdə Maksim Şevçenko dahi Azərbaycan və Rusiya mütəfəkkiri, politoloq,
yazıçı, filosof və şair Heydər Camal haqqında söhbətlər edəcək. Onun
düşüncələrindən, Azərbaycana, Rusiyaya və Qafqaza siyasi baxışlarından
danışacaq, şeirlərini oxuyacaq. Həmçinin, görüş vaxtı tamaşaçıların suallarını
da cavablandırmaq, canlı diskussiya nəzərdə tutulub.

Qeyd edək ki, Maksim Şevçenko 44 günlük Vətən müharibəsində Azərbaycanı
dəstəkləyib, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni
əsirgəməyib.

İctimai xadimlə görüş üçün biletləri Heydər Əliyev Sarayının kassalarından,
həmçinin iTicket.az saytından əldə edə bilərsiniz:


Source link