Rusiyalı qadın döyüşçü: Çimərlik geyimindəki foto açıq-saçıq sayılmır

Baxış sayı: 1. 916 dəfə baxılıb.

Rusiyalı qadın döyüşçü: Çimərlik geyimindəki foto açıq-saçıq sayılmır

UFC-də çıxış edən rusiyalı qadın döyüşçü Aleksandra Albu “Instagram”da paylaşdığı fotolardan danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, 29 yaşlı idmançı paylaşdığı şəkilləri açıq-saçıq saymadığını bildirib:

“Öz fotolarımı açıq-saçıq hesab etmirəm. Məsələn, çimərlik geyimindəki foto, mənə elə gəlir ki, tamam açıq-saçıq sayılmır. Hamı çimərlikdə belə paltar geyinir.

Ümumiyyətlə, mən belə öz formamı göstərirəm. Məşqçiyəm. Tələbələrim görür ki, məşqçiləri yaxşı görünür, idmanla məşğul olur. Onlar məndən örnək götürür. 

Döyüşçüyə niyə belə fotolar paylaşır deyə sual vermirəm. Xoşum gəlir, qoyuram”.

Qeyd edək ki, Aleksandra Albu oktyabrın 26-da Sinqapurda tailandlı Konklak Sufisaraya uduzub. O, sonuncu belə fotosunu məhz Sinqapurda olarkən döyüşdən əvvəl paylaşıb.

Səbuhi Musayev