Rusiyalılar Paris əvəzinə Kaluqaya uçdular

Baxış sayı: 2. 885 dəfə baxılıb.

Rusiyalılar Paris əvəzinə Kaluqaya uçdular

Rusiyanın “Ural Hava Yolları”nın sərnişinləri etdikləri “maraqlı səfərə” görə aviaşirkətə təşəkkür əvəzinə narazılıq bildiriblər. 

Belə ki, şirkətdən Moskva – Paris reysi üzrə bilet alan sərnişinlər Fransa paytaxtı əvəzinə Kaluqaya eniş ediblər.

Sərnişinlərin dediyinə görə, onlara uçuşun 3 saat 45 dəqiqə davam edəcəyi bildirilib, yolüstü dayanacaq olacağı barədə məlumat verilməyib.

TASS agentliyi bildirib ki, insidentə səbəb Moskva və Fransa arasında uçuşlara məhdudiyyət qoyulmasıdır. Verilən məlumata görə, Fransa tərəfi bu istiqamətdə uçuşa icazə verməyib: 

“Reysin  həyata keçirilməsi üçün, aviaşirkət Kaluqada məcburi eniş edib və Fransa tərəfindən icazə almağa çalışıb”, – deyə məlumatda bildirilir.