8cf31da7-3214-4193-8d7b-fd63d7995496..jpg

Rusiyalıların Gürcüstanda qalma şərtləri sərtləşdirilir? – AÇIQLAMA + VİDEO

Baxış sayı: 776 dəfə baxılıb.

Rusiyalıların Gürcüstanda qalma şərtləri sərtləşdirilir? – AÇIQLAMA + VİDEO

Son günlərdə Gürcüstanla Rusiya arasında hava əlaqələrinin açılması
məsələsinin gündəmə gəlməsi, qonşu ölkənin parlamenti və prezidenti arasında
yenidən fikir ayrılıqlarının yaranmasına səbəb olub.

Belə ki, Gürcüstanın Prezidenti Salome Zurabişvilinin Rusiya ilə hava
əlaqələrinin açılmasına qarşı olduğunu bildirsə də, hakim partiyadan olan
millət vəkilləri bu fikirdə deyillər.

Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski S.Zurabişvilinin
“Rusiya vətəndaşlarının Gürcüstanda qalma şərtləri sərtləşdirilməlidir” fikrinə
münasibət bildirib.

O qeyd edib ki, biz ölkəmizdə olan Rusiya vətəndaşlarına qarşı sanksiyalar
tətbiq etmək fikrində deyilik:

“Onların ölkəmizdə qalma şərtlərində heç bir dəyişiklik gözlənilmir”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link