Rusiyanı 14 il qorxu içində saxlayan seks manyakı tutuldu

Rusiyanı 14 il qorxu içində saxlayan seks manyakı tutuldu

Baxış sayı: 6. 880 dəfə baxılıb.

Rusiyanı 14 il qorxu içində saxlayan seks manyakı tutuldu

Rusiyada 2004-cü ildən 2018-ci ilə qədər azadlıqda qalan təcavüzkar nəhayət tutulub.

Seks manyakın tutulması barədə məlumat Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsinin saytında bildirilib.

Cinayətkarın qurbanlarının sayı 20-dən çoxdur.

40 mindən çox neft sənayesi işçisinin yaşadığı Strejevoy şəhərində ədalətdən gizlənmək olduqca çətindir. Lakin təcavüzkarın gizlənə bilməsinin sirri çox sadə olub. Belə ki, cinayətkar 60 yaşlı Valentin B. 1979-cu ildən bəri şəhər cinayət istintaq idarəsində, daha sonra neft və qaz sənayesi ilə əlaqəli müxtəlif ticarət strukturlarının təhlükəsizlik xidmətlərində çalışıb.

Valentin hələ istintaq şöbəsində işləyərkən təcavüzə başlayıb. Ona peşəkar bacarıqları və gizli məlumatlara sahib olması hüquq-mühafizə orqanlarının işçilərindən gizlənməyə şərait yaradıb. Manyak “iş”ə özü ilə qara balaklava maskası və bıçaq götürərək gedirmiş.

Son cinayətində təcavüz etdiyi qadınlardan biri müqavimət göstərərək onun maskasını cırıb və daha sonra gördüyü üzü təsvir edib. Nəticədə cinayətkar yaxalanıb.

Hazırda o, ümumilikdə 4 təcavüz faktına görə ittiham olunsa da, təcavüzkarın 20-dən çox cinayətdə əli olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.