Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Baxış sayı: 3. 221 dəfə baxılıb.

Rusiyanın Kemerovo şəhərində martın 25-də ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Martın 28-də, saat 15:00-dan 18:00-a qədər, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər kitaba başsağlığı diləklərini qeyd etmək olar.

Səfirlikdən onu da bildiriblər ki, matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.

Qeyd edək ki, yanğında 41-i uşaq olmaqla 64 nəfər ölüb, xeyli insan müxtəlif dərəcəli xəsarətlər alıb.

www.ÇıxışYolu.Com