Rusiyanın baş naziri Əli Əsədovu təbrik etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş Naziri
Əli Əsədov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət
başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini
də müzakirə ediblər”, – məlumatda deyilir.
Söhbət zamanı MDB məkanında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə
xüsusi diqqət yetirildiyi vurğulanıb.
Qeyd edək ki, Əli Əsədovun 67 yaşı tamam olub.
Mənbə: TASS