dbb8fb01-6fcc-49bb-916e-c7eff1cf88a5..jpg

Rusiyanın “Birinci kanal”ı İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Baxış sayı: 227 dəfə baxılıb.

Rusiyanın “Birinci kanal”ı İlham Əliyevin işgüzar səfəri haqqında reportaj
yayımlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin Rusiya Federasiyasına
işgüzar səfəri barədə reportaj yayımlayıb.

AZƏRTAC

xəbər verir ki, reportajda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin
və İlham Əliyevin Kremldəki təkbətək görüşdə Moskva ilə Bakı arasında
münasibətlərin inkişafı, regional təhlükəsizliyin həssas məsələləri və müxtəlif
sahələrdə əməkdaşlığı müzakirə etdikləri bildirilir.

Materialda, həmçinin qeyd olunur ki, Rusiya Prezidenti Azərbaycanın dövlət
başçısını Baykal-Amur Magistralının – əfsanəvi BAM-ın tikintisinin
başlanmasının 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib:
“Bu, İlham Əliyev üçün həm də şəxsi hekayədir. Atası Heydər Əliyev hökumət
komissiyasına rəhbərlik edib, başqa sözlə, “əsrin tikintisinə” nəzarəti həyata
keçirib.

Source link