Rusiyanın hava hücumundan müdafiə sistemi Suriyanın Latakiya bölgəsində yerləşən Hmeymim hava bazası üzərində uçan iki pilotsuz uçan aparatı (PUA) vurub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Directorate 4” təşkilatının “Telegram” kanalında məlumat yayılıb.
Mənbənin məlumatına görə, dronlar hərbi bazaya qumbaralar atmağa hazırlaşan an göydə zərərsizləşdirilib.
Bundan əvvəl mart ayında, suriyalı yaraqlıların Rusiyanın hava bazasına PUA ilə hücum təşkil etdiyi barədə xəbər yayılmışdı. Bomba daşıyan dron baza yaxınlığına çatmamış HHM sistemi ilə məhv edilmişdi.
Russian Forces Repel Drone Attack On Hmeimim Airbase In Syria (Photo, Video) https://t.co/4KhTpcaC8L via @southfronteng pic.twitter.com/CR0SwRvXqY
— Maria Engström (@maria_engstrom1) 24 April 2018