Moskvanın Kuzminki Rayon Məhkəməsi Rusiyanın keçmiş baş narkoloqu Yevgeni
Bryunu dələduzluq yolu ilə 136 milyon rubldan çox məbləğin mənimsənilməsi işi
üzrə yeddi il azadlıqdan məhrum edib.
Cixisyolu.com bu barədə TASS-a istinadən xəbər verir.
“Bryun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə
iri məbləğdə dələduzluq) üzrə təqsirli bilinərək, ona ümumi rejimli koloniyada
çəkilməklə yeddi il azadlıqdan məhrumetmə cəzası təyin edilsin”, – deyə hakim
hökm oxuyub. Məhkəmə, həmçinin keçmiş narkoloqu 2.5 il müddətinə dövlət
orqanlarında işləmək hüququndan məhrum edib və ona 850 min rubl (14 881 manat)
məbləğində cərimə təyin edib.
Bryun məhkəmə zalında həbs edilib.