8bfbbb87-ba8c-40e3-8a73-b88eb4baacee..jpg

Rusiyanın Krımda vurulan hərbi gəmisinin görüntüləri yayıldı – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 497 dəfə baxılıb.

Rusiyanın Krımda vurulan hərbi gəmisinin görüntüləri yayıldı – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Feodosiya limanında baş verən partlayış nəticəsində zədələnən desant gəmisinin
son görüntüləri yayılıb.

Kadrları Ukrayna “Telegram” kanalları paylaşıb.

“Novoçerkassk”dan geri qalanlar”, – şərhi ilə paylaşılan fotolarda limanda
yanalma körpüsü fonunda batan gəminin qalıqları əks olunub.

11:49

Feodosiya limanında baş verən partlayış nəticəsində iri desant hərbi gəmisi
“Novoçerkassk” zədələnib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ukrayna Hərbi Hava Qüvvələri limana idarəolunan raketlərlə
hücum edib.

“Jovten kəndi ərazisində hava döyüşü zamanı Ukraynanın iki Su-24 bombardmançı
təyyarəsi məhv edilib”, – deyə qurumdan vurğulanıb.

Krımın hazırkı rəhbərliyindən isə bildirilib ki, Feodosiyaya gecə hücumu
nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Liman ərazisində baş
vermiş yanğın uğurla lokallaşdırılıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya şəhəri bölgəsinə
zərbələri nəticəsində dəmiryol vağzalına da ziyan dəyib. Zərbədən sonra yaranan
partlayış dalğası vağzalın pəncərələrini sındırıb, həmçinin divarların suvağı
ovulub tökülüb.

07:01

Ukrayna Hərbi Hava Qüvvələri Krım yarımadasının Feodosiya şəhərinin limanında
“Novoçerkassk” desant gəmisini məhv edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk “Telegram”
kanalında bildirib.

“Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı
“Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o
vurğulayıb.

Krımın hazırkı rəhbərliyindən bildirilib ki, limanın ərazisi bağlanıb, yanğın
lokallaşdırılıb, hadisə yerində müvafiq strukturların əməkdaşları çalışırlar.


Source link