Rusiyanın Londondakı səfiri cəsusluqda ittiham olunur

Baxış sayı: 4. 299 dəfə baxılıb.

Rusiyanın Londondakı səfiri cəsusluqda ittiham olunur

Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko The Mail on Sunday qəzetinin onun ünvanına yönəltdiyi iftiralara görə üzr istəməsini gözləyir. Bu barədə diplomatik  missiyanın bəyanatında bildirilir.

“Yakovenkonun Nyu-Yorkda Rusiyanın Daimi Nümayəndəliyində işləyərkən cəsusluğa görə sürgün edilməsi xəbəri həqiqəti əks etdirmir.Yakovenko Rusiyanın daimi nümayəndəliyində BMT-nin vasitəçiliyi ilə işləyib və ezamiyyət  müddətinin başa çatması ilə ABŞ-ı tərk edib. Həmçinin, səfirin cəsusluğa görə mükafat alması barədə yazılanlar da həqiqəti əks etdirmir və diplomat qəzetin üzr istəməsini tələb edir”,- deyə Lenta.ru yazır

2018-ci ilin dekabrın 6-da Britaniyanın MI 5 Kəşfiyyat Xidməti  ölkə ərazisindəki rusiyalı diplomatların fəaliyyətinə nəzarəti gücləndirmək barədə əməkdaşlarına göstəriş verib. 

Britaniya və Rusiya arasında siyasi gərginlik 2018-ci ilin mart ayında Londonun Moskvanı rus polkovnik Sergey Skripal və Yuliya Skripalı zəhərləməkdə ittiham etməsi ilə başlayıb. Daha sonra 23 rusiyalı diplomat Britaniyadan qovulub. Bunun qarşılığında Moskva da analoji tədbirlər görüb.