Rusiyanın məşhur rok qrupunun üzvləri Tailandda saxlanılıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın məşhur “Bi-2” qrupunun üzvləri Tailandda saxlanılıblar.
Bu barədə Phuket əyalətinin turizm polisi departamentindən məlumat verilib.
Saxlanılma səbəbi kimi rok ifaçıların iş icazəsi olmadan Pattaya və Phuket
əyalətində konsert vermələri göstərilib.
“Onlar cərimə ödəməli olacaqlar, məbləği məhkəmə müəyyən edəcək. Ola bilsin
ki, məhkəmə iclası sabah keçirilsin”, – deyə turizm polisinin nümayəndəsi
bildirib.
O da vurğulanıb ki, cəriməni ödədikdən sonra qanunu pozanlar Tailand
qanunlarına görə ölkəni tərk etməlidirlər.
Mənbə: TASS