Moskvada keçirilən icazəsiz etiraz aksiyasında “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı polis tərəfindən saxlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Moskvanın Puşkin meydanında yerli vaxtla 14:00-da Navalnının çağırışı ilə kütləvi etiraz aksiyası start götürüb. Navalnı aksiyanın keçirildiyi yerə gələn kimi, polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb.
Hüquq mühafizə orqanları əməkdaşları meqafonla etiraz aksiyasının yerli qurumlarla razılaşdırılmadığını bildirir və etirazçıların dağılışmasını tələb edir.
Aksiya ilə əlaqədar Tver küçəsində nəqliyyatın hərəkəti iflic olub.