ad46dc36-1ca3-481d-b937-df8d952a1328..jpg

Rusiyanın nüvə gəmisinin “buz tarlası”ndan keçdiyini əks etdirən görüntülər yayımlandı – VİDEO

Baxış sayı: 605 dəfə baxılıb.

Rusiyanın nüvə gəmisinin “buz tarlası”ndan keçdiyini əks etdirən görüntülər
yayımlandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Ural” atom buzqıran gəmisinin Qara dənizdəki “buz tarlası”ndan
keçdiyini əks etdirən görüntülər yayımlanıb.

Görüntülər atom gəmisi kapitanının baş köməkçisi Nikita Boyev tərəfindən
çəkilib və “Atomflot” “Telegram” kanalında paylaşılıb.

Kadrlardan görünür ki, yuxa şəklində buz parçalarından ibarət olan “buz
tarlası” üfüqə qədər olan bütün məkanı tutur. Videoda gəminin suda üzən buz
parçalarının içindən heç bir çətinlik çəkmədən keçdiyi əks olunur.

Qeyd edək ki, “yuxa buzlar” su səthinin donmasının ilkin mərhələsində meydana
gəlir və kiçik buz hissəciklərinin birləşməsindən yaranır.


Source link