4b302a7d-3b3e-45fa-baf0-15a32c0582f3..jpg

Rusiyanın Orsk şəhərində daha bir bənd dağıldı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 257 dəfə baxılıb.

Rusiyanın Orsk şəhərində daha bir bənd dağıldı – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində daha bir bənd dağılıb.

Məlumata görə, bəndin dağılması nəticəsində su sürətlə ətrafa yayılır və
ərazini yararsız hala salır.

Mənbə: iz.ru

10:32

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Ural çayı ilə yanaşı, Yelşanka
çayı da daşıb.

Bu barədə şəhərin meri Vasili Kozupisa məlumat verib.

“Vyazemskayadan Kramatorskayaya qədər olan ərazi və mexaniki zavod su altında
qalıb”, – deyə o bildirib.

Şəhər hakimiyyəti sakinlərə təhlükəsiz yerə getməyi tövsiyə edib.

Xatırladaq ki, Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın
yaranıb və ərazini su basıb. Sakinlər təxliyə ediliblər. Hadisə nəticəsində
ölənlər də var.

Orenburq vilayətində federal səviyyədə fövqəladə vəziyyət elan edilib. Tikinti
Nazirliyinin qiymətləndirməsinə görə, daşqın nəticəsində infrastruktura dəyən
ziyan 21 milyard rubl (386 milyon manata yaxın) təşkil edir.

Mənbə: “SVTV NEWS” “X”


Source link