c0b6c7c6-eb67-4478-8a56-e49379731e1b..jpg

Rusiyanın partiya sədri: “Qarabağdakı erməni əhalinin reinteqrasiyası Azərbaycanın gündəmindədir”

Baxış sayı: 390 dəfə baxılıb.

Rusiyanın partiya sədri: “Qarabağdakı erməni əhalinin reinteqrasiyası
Azərbaycanın gündəmindədir”

“Yaxın gələcəkdə hərtərəfli sülh sazişinin imzalanmasına dair vəziyyət “ölü
nöqtə”dən tərpənə bilər”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının
beynəlxalq məsələlər komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının
(RLDP) lideri Leonid Slutski deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində həyata
keçirdiyi lokal antiterror tədbirləri onun daxili işidir.

RLDP-nin lideri bildirib ki, sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və
Azərbaycan, nəhayət, suverenliyini bərpa edib:

“Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktını Ermənistanın baş
naziri Nikol Paşinyan hələ Praqada verdiyi bəyanatla tanıyıb. Demək, lokal
xarakterli antiterror tədbirləri məhz Azərbaycanın suveren ərazisində həyata
keçirilib. Siyasi, tarixi nöqteyi-nəzərdən bu məsələyə nöqtə qoyulduğunu
söyləmək mümkündür və vacibdir”.

L.Slutski vurğulayıb ki, erməni əhalinin reinteqrasiyası, təhlükəsizliyi, bu
ərazidə infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi kimi məsələlər
artıq gündəmdədir və bundan sonra da gündəmdə olacaq.

Source link