Rusiyanın qanadlı raketləri ABŞ-ı qorxuya salıb

Rusiyanın qanadlı raketləri ABŞ-ı qorxuya salıb

Baxış sayı: 3. 248 dəfə baxılıb.

Rusiyanın ən müasir qanadlı raketləri ABŞ ərazilərinə qədər uça bilir.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatı ABŞ silahlı qüvvələrinin Şimal komandalığının başçısı general Lori Robinson Senatda keçirilən dinləmələrdə səsləndirib.

Robinson müdafiə məsələləri ilə bağlı Senata etdiyi çıxışında , Rusiyadan qaynaqlanan təhdidlərlə bağlı narahatlıq ifadə edib.

“Rusiya Şimali Amerika ərazilərindəki obyektlər üçün təhlükə yarada biləcək yeni qanadlı raketlərin hazırlanmasına üstünlük verir” deyə general bildirib.

Robinson eyni zamanda Rusiyaya aid qanadlı raketlərinin buraxılışını təqib etməyin mümkünsüz olduğunu vurğulayıb.

“Bombardmançılar və ya daha uzaq məsafədə olan sualtı-qayıqlardan buraxıla bilən bu müasir qanadlı raketlərin imkanları məni çox narahat edir. Köhnə raketlərdən fərqli olaraq onlar bizim HHM (hava hücumundan müdafiə) sistemlərdən yayına bilir.” deyə hərbi komandan diqqətə çatdırıb.

Xatırladaq ki, martın 1-də Rusiya prezidenti Vladimir Putin dünyada analoqu olmayan ən müasir Rusiya silahlarını təqdim edib. Söhbət “Sarmat” tipli raket kompleksindən, sualtı pilotsuz qayıqlardan, nüvə enerji qurğusu olan qanadlı raketlərdən, “Kinjal” aviasiya raket kompleksindən və lazer silahından gedir.

Putinin bu təqdimatı Qərb liderlərinin ciddi narahatlığına səbəb olmuşdu.

.
www.ÇıxışYolu.Com