Məxfi kosmik aparat “Kosmos-2521” son üç ay ərzində faktiki olaraq hərəkətsiz qalmış “Kosmos-2519”la müqayisədə manevr etməyə başlayıb.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiyanın məxfi peyklərinin trekinqini britaniyalı ekspert Fillip Klark araşdırıb.
Ekspertin dediyinə görə, “Kosmos-2521” martın ortalarından etibarən tədricən “Kosmos-2519”dan uzaqlaşmağa başlayıb. Trekinqə əsasən, kosmik aparatlar arasında olan məsafə bir həftə ərzində gah azalıb, gah artıb.
“Kosmos-2519” iyunun 23-ü (2017-ci il) havaya buraxılıb. Orbitə buraxılışdan iki ay sonra ondan “Kosmos-2521” inspektor peyki ayrılıb.
2017-ci ildə Rusiya kosmik qüvvələri manevr edə bilən “Kosmos-2521” aparatının uğurlu sınağını həyata keçirib. Qatil-peyk adlandırılan bu aparatlar təkcə müşahidə aparmağa deyil, eyni zamanda hədəf seçilmiş peyki zərərsizləşdirməyə imkan verir.