bbcfadc5-cb98-4d03-9bb3-681b5771308b..jpg

Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi: Suyun səviyyəsi 77 ildən sonra kritik həddi keçdi – FOTO

Baxış sayı: 410 dəfə baxılıb.

Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi: Suyun səviyyəsi 77 ildən sonra
kritik həddi keçdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Tümen vilayətindəki İşim çayında suyun səviyyəsi kritik həddi
keçərək 861 sm təşkil edib.

Bu barədə şəhər administrasiyasının “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, suyun səviyyəsi yüksəlməkdə davam edir. Şəhər hakimiyyəti
körpülərin və torpaq sahələrinin su altında qala biləcəyi, həmçinin nəqliyyatda
problemlərin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Şəhər qubernatoru Aleksandr Moor 1947-ci ildən bəri suyun belə yüksək
səviyyəsinin müşahidə edilmədiyini bildirib və insanların təhlükəli ərazilərdən
təxliyə edilməsinin prioritet məsələ olduğunu vurğulayıb.

Mənbə: RBC.ru

Source link