a5c3bce0-7038-4789-9677-8d1dfcd3f0c8..jpg

Rusiyanın Xalq artisti Fəxri xiyabanı ziyarət edib – FOTO

Baxış sayı: 427 dəfə baxılıb.

Rusiyanın Xalq artisti Fəxri xiyabanı ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xalq artisti əslən bakılı Emmanuil Vitorqan Ulu Öndər Heydər
Əliyevin məzarını ziyarət edib.

Cixisyolu.com xəbər verir ki, konsert proqramı üçün Azərbaycana gələn rusiyalı aktyor
öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ardından
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül
dəstələri qoyub, Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton),
bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb.

Qeyd edək ki, bu gün rusiyalı aktyor Heydər Əliyev Sarayında saat 20:00-da
“Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.

Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat
yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq
artisti Alla Balterə həsr olunub.

Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində
parlaq obrazlar yaradıb. O bu gün də səhnədə və kinoda yeni koloritli, dərin
məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.

Tamaşaya biletləri Iticket.az

saytında və şəhərimizin kassalarında əldə etmək olar.

Source link