Rusiyaya finalda Almaniya rəqib oldu

Rusiyaya finalda Almaniya rəqib oldu

Baxış sayı: 7. 764 dəfə baxılıb.

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında kişi hokkeyində ikinci finalçı da bəlli olub.

ÇıxışYolu.Com xəbər verir ki, 1/4 finalda son dünya çempionu İsveçi yarışdan uzaqlaşdırmaqla sensasiyaya imza atmış Almaniya bu dəfə favoritlərdən sayılan, son Olimpiya çempionu, doqquzqat bu yarışların qalibi Kanadanı məğlub edib – 4:3. 

Maraqlıdır ki, almanlar üç il əvvəl Praqada bu rəqibinə 0:10 yenilməklə tarixindən ən böyükhesablı ikinci məğlubiyyətini almışdı (1990-cı ildə SSRİ də İsveçrədə Almaniyanı 10:0 məğlub edib).

Beləliklə, bu gün Bakı vaxtı ilə saat 16:10-da Çexiya və Kanada milliləri III yer uğrunda mübarizə aparacaqlar. Sabah isə Rusiya atletləri Almaniya ilə qızıl medala yiyələnmək üçün qarşılaşacaqlar.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com