0cac05a5-30dc-4d1e-bfa7-8538cd69c8ab.jpg

Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən külli miqdarda narkotik aşkar edildi

Baxış sayı: 36 dəfə baxılıb.

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən
külli miqdarda narkotik vasitə aşkar edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Bildirilib ki, Astara Gömrük İdarəsində Azərbaycan ərazisindən tranzit
keçməklə İrandan Rusiyaya “gavalı və üzüm” yükü aparan nəqliyyat vasitəsinə
stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli
cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb,
kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.

Xidməti itin reaksiyasına əsasən, üzüm yükü olan 80 yeşikdən gömrük
nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik
vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Source link