Rusiyaya paralel idxalla gətirilən BMW və “Mercedes-Benz”lər bloklanır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Paralel idxal sxemi ilə Rusiyaya gətirilən BMW və “Mercedes-Benz” markalı
avtomobillərin sahiblərinin problem yaşaya biləcəyi məlum olub.
Bundan əlavə, “Renault” sahibləri də çətinliklərlə üzləşə bilərlər.
Belə ki, rəsmi dilerlər bəyan ediblər ki, ötən il onları rəsmi proqram
təminatından ayırmağa başlayıblar. Nəticədə, diaqnostika zamanı problemlər
yaranıb. Amma avtomobillərlə bağlı hələlik qlobal problem yoxdur. Proqram
təminatının Rusiyaya uyğunlaşdırılması zamanı, eləcə də proqram təminatının
müstəqil şəkildə yenilənməsi cəhdi zamanı isə çətinliklər yaranır.
Bəzi mütəxəssislərin fikrincə, paralel idxal yolu ilə gətirilən bütün
avtomobillər Rusiyaya uyğunlaşdırılıb və onlarla bağlı heç bir problem
olmayacaq.
Mənbə: speedme.ru