Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandı

Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandı

Baxış sayı: 1. 734 dəfə baxılıb.

ABŞ Rusiyaya qarşı sanksiyaları Moskvanın Donbasdan qüvvələrini çıxaracağı və Krımın nəzarətini Kiyevə verəcəyi vaxt ləğv edəcək. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. 

O bildirib ki, ABŞ Fransa, Almaniya və Ukrayna ilə birlikdə Ukraynanın şərqində sülhün bərpası imkanları üzərində işləyiblər. 

“Eyni zamanda, Rusiya real əməkdaşlıqdan imtina edib və bizim cəhdlərimiz yanvardan başlayaraq dayanıb”, – Heyli qeyd edib. 

Avropa Birliyi, ABŞ və bir sıra ölkələr Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın şərqindəki münaqişə ilə bağlı 2014-cü ildən başlayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 

www.ÇıxışYolu.Com