66cdeadc-d2d6-4142-a282-f16500c82aa6..jpg

Rusiyaya yollanan iki tanker Türkiyədə yedəyə alındı

Baxış sayı: 447 dəfə baxılıb.

Rusiyaya yollanan iki tanker Türkiyədə yedəyə alındı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Sahil Mühafizəsinin yedək gəmiləri Rusiyaya gedərkən Egey dənizində
ilişib qalan iki tankerə yardım göstərib.

Bu barədə “RİA Novosti” ölkənin Sahil Mühafizəsinin Baş İdarəsindəki mənbəyə
istinadən məlumat yayıb.

Belə ki, Malta bayrağı altında Novorossiysk (Rusiya) limanına üzən 184 metrlik
“Sundoro” tankerinin mühərrikində nasazlıq yaranıb. Gəmi yedəklə Şevketiye
lövbərinə aparılıb, orada mütəxəssislər tərəfindən yoxlanılacaq.

İspaniyadan Rusiyaya yollanan və uzunluğu 185 metr olan ikinci tanker “Elijah”
eyni problemlə əlaqədar Gökçeada yaxınlığında Çanaqqala boğazında (Dardanel)
ilişib.

Agentliyin mənbəsinin sözlərinə görə, o, Panama bayrağını dalğalandırıb. Gəmi
təhlükəsiz şəkildə Bozcaada estakadasına aparılıb. Hadisənin digər gəmilərin
hərəkətinə təsir etmədiyi vurğulanıb.

Source link