Ruslan Əliyev: “Yanvar-mart ayları üzrə qaz itkisi 2,2 faiz azalıb”
“2022-ci ilin yanvar-mart ayları üzrə qaz itkisi 7,6 faiz olub. Bu göstərici
ötən ilin müvafiq rübü ilə müqayisədə 2,2 faiz azalıb”.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.
O bildirib ki, cari ilin mart ayı ərzində isə 9 faiz qaz itkisi qeydə alınıb:
“Bu da ötən il ilə müqayisədə 1,8 faiz aşağıdır”.
Könül Cəfərli