Tanınmış Sovet və Ukrayna konstruktoru Viktor Tolmaçyov 84 yaşında dünyasını dəyişib.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, “An-124” (Ruslan) və “An-225” (Mriya) yaradıcılarından olan Tolmaçyov ağır xəstəlikdən əziyyət çəkirdi.
Konstruktor “Antonov” markası ilə çıxan demək olar ki, bütün təyyarələrin tərtibatı və yaradılmasında iştirak edib.