Ruslar Britaniya ofşorlarında 47 milyard dollar saxlayır

Ruslar Britaniya ofşorlarında 47 milyard dollar saxlayır

Baxış sayı: 2. 042 dəfə baxılıb.

Rusiya vətəndaşları Böyük Britaniya ofşorlarında 47 milyard dollar saxlayırlar. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə İngiltərənin qeyri-hökümət təşkilatı “Global Witness” məlumat yayıb. 

Bildirilir ki, bu məbləğ rusların Böyük Britaniya banklarında saxladıqları vəsaitlərdən beş dəfə çoxdur. 47 milyard dollardan 41,5 milyard dolları Britaniyanın Virgin sahillərindəki ofşorda yerləşdirilib. 

“Global Witness”ə görə, Böyük Britaniya ofşorları rusların pullarını yerləşdirmələri baxımından məhşurluğuna görə Kipr və Niderlanddan sonra üçüncü sırada yer alır. 

Qeyd edək ki, Böyük Britaniya parlamenti mayın 2-də aktivlərin sahiblərinin açıqlanmasına imkan verən qanun layihəsinə baxacaq. 

.
www.ÇıxışYolu.Com