window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Rusiyanın Soçi şəhərində əməkdar məşqçi Valentin Qrişinin xatirəsinə həsr olunan “Kuban Baharı” turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası (U-19) ilk oyununu keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, rusiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:7 hesabı ilə məğlub olub.
İlk hissədə hesab 0:3 olub. İkinci hissədə vurulan dörd qoldan ikisi isə rusiyalı baş hakimin təyin etdiyi penalti nəticəsində vurulub. Qrupun digər matçında İran Belarusu 1:0 məğlub edib.
Qeyd edək ki, U-19 qızlar millimiz sabah Belarusla, martın 5-də isə İranla qarşılaşacaq.
Səbuhi MUSAYEV