Ruslar üzərində qələbə “Arsenal”ı reytinqdə yüksəltdi

Ruslar üzərində qələbə “Arsenal”ı reytinqdə yüksəltdi

Baxış sayı: 2. 216 dəfə baxılıb.

Avrokubokların 1/4 final mərhələsinin ilk oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu raunda əsasən qitənin güclüləri meydana çıxdığından, dəyişikliklər də məhz ön sıralarda qeydə alınıb.

Belə ki, dünən Moskva MOİK-i üzərində qələbə qazanan “Arsenal” Dortmund “Borusiya”sını arxada qoyub və IX sıraya yüksəlib.

Avropanın 442 komandasının yer aldığı cədvəldə Azərbaycan təmsilçiləri də var. Ən yaxşı klubumuz “Qarabağ”dır. Cari mövsümdə Çempionlar Liqasının qrupuna qədər irəliləyən Qurban Qurbanovun yetirmələri 20,500 xalla 73-cü sıraya şərikdir. Təmsilçimizin göstəricisi BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eynidir.

Ölkəmizin digər klublarından “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdir.

Qeyd edək ki, hesabında 155,000 xal olan “Real” siyahıya başçılıq edir. II yerdə “Atletiko” (İspaniya) gedirsə, III yerdə iki komanda var. Bunlar İspaniyanın digər təmsilçisi “Barselona” ilə Almaniyanın dəyişməz çempionu “Bayern”dir.

S.T.
www.ÇıxışYolu.Com