0605ac8b-7d05-43ed-a1e6-336be45b2594..jpg

Rüstəm İbrahimbəyovun doğum günüdür

Baxış sayı: 516 dəfə baxılıb.

Rüstəm İbrahimbəyovun doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün yazıçı, nasir, dramaturq Rüstəm İbrahimbəyovun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən
Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan
olub.

Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, sonralar Moskvada Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına
yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və
tamaşaları çəkilib.

1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə
teatrlarında tamaşaya qoyulub. 1989-cu ildə “İbrus” (İb – İbrahimbəyov, rus –
Rüstəm) şirkətini və eyni adlı teatrı təsis edib.

İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə Fuad İbrahimbəyov
(hazırda rejissordur) dünyaya gəlib.

İkinci həyat yoldaşı Xalq artisti Lyudmila Duxovnayadan 1974-cü ildə Fatimə
İbrahimbəyova (o da rejissordur) dünyaya gəlib.

1976-cı ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına, 1979-cu
ildə Lenin komsomolu mükafatına, 1980-ci ildə Azərbaycan SSR dövlət mükafatına,
1981-ci ildə SSR dövlət mükafatına, 1993; 1995; 1997; 1999-cu illərdə Rusiya
Federasiyasının dövlət mükafatlarına, 1995-ci ildə “Rusiya Federasiyasının
əməkdar incəsənət xadimi” fəxri adına, 1998-ci ildə “Azərbaycan Respublikasının
Xalq yazıçı” fəxri adına, 1999-cu ildə “Şöhrət” və III dərəcəli “Vətənə xidmətə
görə” (Rusiya Federasiyası) ordenlərinə, 2000-ci ildə Ədəbiyyat və İncəsənət
ordeni komandoru (Fransa), 2001-ci ildə Müstəqil Dövlətlər Birliyinin fəxri
fərmanına, 2006-cı ildə “Teatr Xadimi” qızıl medalına, 2009-cu ildə Moskva
Dövlət Dumasının fəxri fərmanına, 2011-ci ildə “Qızıl Portağal” mükafatına
(Türkiyə) layiq görülüb.

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83
yaşında Moskvada vəfat edib. 13 mart 2022-ci ildə sənətkarla Moskvadakı Mərkəzi
Kinematoqrafçılar Evində vida mərasimi keçirilib. 16 martda nəşi Bakıya
gətirilib. Sənətkar Birinci Fəxri xiyabanda dəfn olunub.

Source link