e6211070-892b-41f6-b280-698e8d00dd4e..jpg

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

Baxış sayı: 779 dəfə baxılıb.

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü
abidəsinin açılış mərasimi olacaq.

“Report” xəbər verir ki, mərasim martın 10-da keçiriləcək.

Həmin tarixdə saat 12:00-da Birinci Fəxri xiyabanda Xalq yazıçısının qəbirüstü
abidəsinin açılışı baş tutacaq.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının
akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Qeyd edək ki, R.İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə
Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında
40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası
qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi
dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.

Source link