fe80bd4c-c884-4a8f-8022-5b08be660ca3..jpg

Rüstəm İbrahimbəyovun qızı: “O da bu abidəni görsə idi, çox bəyənərdi” – FOTO

Baxış sayı: 645 dəfə baxılıb.

Rüstəm İbrahimbəyovun qızı: “O da bu abidəni görsə idi, çox bəyənərdi” – FOTO

“Atam çox kreativ insan idi. Mən, Fuad da çox istəyirdik ki, abidə də kreativ
olsun. Abidəni hazırlayan çox istedadlı Azər Zeynalovun işi həqiqətən layiqli
işdir. O, bizim – mənim, Fuadın, həyat yoldaşımın fikirlərinə qulaq asdı və
gözəl bir abidə yaratdı. Abidə də atam kimi kreativdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Rüstəm İbrahimbəyovun qızı Fatimə
İbrahimbəyova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə xalq yazıçısı azad, orijinal fikirli insan idi:

“Biz onu bu abidə ilə əks etdirməyə nail olduq. O da bu abidəni görsə idi, çox
bəyənərdi.

Bu gün minnətdarlıq hissi ilə doluyam. Abidənin ərsəyə gəlməsində, onunla
bağlı tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm. Dövlətimizin
başçısına, Birinci vitse-prezidentMehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə,
Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür edirəm”.

Daha çox şəkil burada: PhotoStock.az

Source link