2c87d4c0-b8f5-4ad1-87a5-5bb32bc8ecd4..jpg

Rüstəm Rüstəmov: “Dövlətimiz Laçında dağılan yurd-yuvamızı cənnətə çevirib, bizə qaytarıb”

Baxış sayı: 546 dəfə baxılıb.

Rüstəm Rüstəmov: “Dövlətimiz Laçında dağılan yurd-yuvamızı cənnətə çevirib,
bizə qaytarıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ömrüm vəfa etsə, nəvələrimə xatirələrim olan Laçının hər yerini göstərəcəyəm”.

Bunu Cixisyolu.com-a açıqlamasında keçmiş məcburi köçkün, 77 yaşlı Laçın sakini
Rüstəm Rüstəmov deyib.

O qeyd edib ki, Laçından 47 yaşında altı ailə üzvü ilə birlikdə çıxıb:

“Laçından 47 yaşımda çıxmışam, indi isə 77 yaşım var. Nəvələrimə Laçının hər
yerini, xatirələrimiz olan hər tinini, küçəsini göstərəcəyəm.

Ermənilər bizim evi qismən dağıdıblar. Dövlətimiz isə dağılan yurd-yuvamızı
cənnətə çevirib, bizə qaytarıb. İndi öz evimə 10 nəfərlə qayıdıram.

Bizə bu günü yaşatdıqlarına görə müzəffər Ordumuza, Ali Baş Komandana
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3”
yaşayış kompleksindən daha 10 ailə – 40 nəfər Laçın şəhərinə yola salınıb.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin – 1 205 nəfərin köçü
təmin edilib.

Aytac Qasımova

Source link