Rüşvətə görə həbs edilən icra nümayəndəsi hakim qarşısında

Rüşvətə görə həbs edilən icra nümayəndəsi hakim qarşısında

Baxış sayı: 4. 376 dəfə baxılıb.

Rüşvətə görə həbs edilən icra nümayəndəsi hakim qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində üç nəfər tanınır. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com