Rüşvətə görə həbs olunan baş direktorun vəzifələrini kim icra edəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin baş
direktoru vəzifəsi İlham Məmmədova tapşırılıb.
“Qaynarinfo”nun məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayevin
müvafiq əmr imzalayıb.
Xatırladaq ki, İ.Məmmədov 2011-ci ildən baş direktorun müavini, mərkəzin baş
həkimidir.
Fotoda İlham Məmmədov
Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik
Hüquqi Şəxsdə keçirilən əməliyyat zamanı qurumun baş direktoru Elşən Mustafayev
və müavini Zamin Əliyev saxlanılıblar. Toplanmış ilkin sübutlar əsasında Elşən
Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət
Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və
barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.
Fotoda Elşən Mustafayev və Zamin Əliyev