bed847e4-a112-4fe2-9694-7a9c582a2502..jpg

Rüşvətə görə tutulan şəxslər bəraət istəyirlər

Baxış sayı: 473 dəfə baxılıb.

Rüşvətə görə tutulan şəxslər bəraət istəyirlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rüşvətalma və rüşvətə təhrik etmədə Toğrul İskəndərov və Bağır Şirəliyevin
barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun
sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 9-na
təyin edilib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul İskəndərov 5 il və
Bağır Şirəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bağır
Şirəliyev Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş
cəzanı çəkməsi himayəsindəki – 22 noyabr 2016-cı il təvəllüdlü uşağı 14 yaşına
çatmasınadək, yəni 22 noyabr 2030-cu il tarixə kimi təxirə salınıb. Şirvan
Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin
edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü
apellyasiya şikayətinə əsasən, Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4,
312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Onun
Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta
yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət
verilib. Həmin hökmdən Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci
maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair
müddəalar xaric edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il
tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il
müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin maddəsi ilə
təyin edilmiş 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə həmin məcəllənin
66.3 və 66.4-cü maddələrinə əsasən, qismən toplanılsın və ona cinayətlərin
məcmusu üzrə qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin
edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə onun
Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə
ləğv edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli
hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, Bağır
Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə
dair hissədə ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin
42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət
Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Bağır
Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin
məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Onun
üzərində yalnız Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə təyin edilmiş 4
il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü Bağır Şirəliyevin apellyasiya
şikayətinə əsasən, qalan hissədə dəyişdirilmədən saxlanılıb

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri
nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri Toğrul Çapar oğlu
İskəndərov xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən
cinayət başında yaxalanıb. Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan
vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci
ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə
olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb.
Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə
ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta
arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini
ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli
şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib. İlkin
sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin
müvafiq olaraq 311.1 (rüşvətalma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə),
178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə) və
digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul
İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan
tədbiri seçilib.

Source link