5993ea36-22ae-435a-b10e-88709728c3c1..jpg

Rüşvət alan gömrükçü barədə növbəti dəfə fərqli qərar qəbul olundu

Baxış sayı: 541 dəfə baxılıb.

Rüşvət alan gömrükçü barədə növbəti dəfə fərqli qərar qəbul olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 ay azadlıqdan
məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq
gömrükçü barədə əvvəlki qərarını dəyişib.

Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum
edilərək azadlığa buraxılıb. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi
hökmü ləğv edib, Məmmədova 7 il 6 ay həbs cəzası verib.

Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti veriblər.
Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş olunub.

Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə
görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya
məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib.
Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv
edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra
yenidən məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilib ki, təqsirləndirilən şəxs
gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində
qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə
rüşvət qismində almağa cəhd edib.

Source link