e50ae3bc-daac-41d4-97a1-00f6d0ebfbf3..jpg

Rüşvət alarkən tutulan baş həkimin şikayəti üzrə qərar verildi

Baxış sayı: 976 dəfə baxılıb.

Rüşvət alarkən tutulan baş həkimin şikayəti üzrə qərar verildi

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev barəsindəki həbs
qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar
elan olunub.

Məhkəmə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilmiş şikayəti əsassız
hesab edərək rədd edib.

Eşqin Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən həyata keçirilən əməliyyatla saxlanılıb.

Məlumata görə, əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən
cinayət başında yaxalanıb.

Araşdırma zamanı Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün
təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə
yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul
edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət
almasına əsaslı şübhələr müəyyən edilib.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün
əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilənlərlə bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında Eşqin Əliyev CM-nin
311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan
tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Source link