ae04d04f-9cf9-4287-a3dc-7d6aaa159f66..jpg

Rüşvət almada ittiham olunan vəzifəli şəxslər yenidən məhkəmə qarşısında

Baxış sayı: 471 dəfə baxılıb.

Rüşvət almada ittiham olunan vəzifəli şəxslər yenidən məhkəmə qarşısında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert
Komissiyasının sabiq sədri Oruc Məmmədov və fondun Abşeron rayon şöbəsində baş
mütəxəssis işləmiş Münəvvər Cabbarovanın barəsindəki hökmdən yenidən kassasiya
şikayətinə verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin
Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oruc Məmmədov 6 il
müddətinə azadlıqdan məhrum edilib. Münəvvər Cabbarovaya isə şərti cəza
verilib. Ali Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslər şikayətlərini
geri götürüblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial
Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Oruc Nüsrət oğlu Məmmədovun
qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Oruc Nüsrət oğlu Məmmədovun
əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün
zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə
göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron
rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Münəvvər Cəlil qızı
Cabbarova vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən komissiyanın
fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr
2020-ci il tarixdə isə qeyd olunan inzibati binanın yaxınlığında 500 manat
məbləğdə pul vəsaitini rüşvət qismində şəxsən almasına və digər qanunsuz
hərəkətlərinə əsaslı şübhələr yaranıb.

Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz
hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan
edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Source link