5e52fab1-a5c5-4505-816c-558beab347df..jpg

Rüşvət almaqda ittiham edilən şöbə müdirinə hökm oxundu

Baxış sayı: 401 dəfə baxılıb.

Rüşvət almaqda ittiham edilən şöbə müdirinə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli
Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökumə əsasən, Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev təqsirləndirilən şəxsin 10 il
müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı
saxlanılıb.

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların
verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar
törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Source link