Rüşvət verməkdə təqsirləndirilən direktor müavini məhkəmədə ifadə verdi

Rüşvət verməkdə təqsirləndirilən direktor müavini məhkəmədə ifadə verdi

Baxış sayı: 2. 779 dəfə baxılıb.

Rüşvət verməkdə təqsirləndirilən direktor müavini məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə S. Əjdərzadə özünü təqsirli bildiyini deyib. 

O, ifadəsində müəllim yoldaşlarından pul aldığını bildirib:

“Həmin vaxt pula ehtiyacım var idi, anam əməliyyat olunmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam”.

Proses dekabrın 5-də davam etdiriləcək. 

Qeyd edək ki, S. Əjdərzadəyə qarşı Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S. Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com