Rüşvətdə ittiham olunan baş həkimin işində tibbi ekspertiza təyin edildi

Rüşvətdə ittiham olunan baş həkimin işində tibbi ekspertiza təyin edildi

Baxış sayı: 2. 450 dəfə baxılıb.

Rüşvətdə ittiham olunan baş həkimin işində tibbi ekspertiza təyin edildi

Lənkəran Rayonlararası Onkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən baş həkimi Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, Lənkəran Rayon Məhkəməsində Ə. Əliyevlə birlikdə həbs edilmiş iki şəxs barəsində tibbi ekspertiza təyin edilib . 

Ekspertizada həmin şəxslərin cinayəti törədərkən anlaqlı olub-olmaması araşdırılacaq. 

Məhkəmə iclası noyabrın 6-da davam etdiriləcək. 

Baş hakimə qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) və daha bir neçə maddə ilə cinayət işi açılıb. Onunla birlikdə dispanserin bir neçə həkimi də həbs edilib. Həbs edilənlərin sayı ümumilikdə 8 nəfərdir. 

Etibar MƏMMƏDOV
www.ÇıxışYolu.Com