Rza Pəhləvi: “İranın ali rəhbəri Moskvada oxuyub” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Üç gün əvvəl ABŞ-də yaşayan İran şahzadəsi Rza Pəhləvi tanınmış bloger Patrik
Bet-Davidə verdiyi üç saatlıq müsahibədə İranın çağdaş siyasi tarixi ilə bağlı
bir çox maraqlı, hətta sensasiya sayıla biləcək açıqlamalar verib.
Bu barədə “Azad İran” “Youtube” kanalı məlumat yayıb.
“SAVAK-ın həbs etdiyi şəxslər Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK)
rəhbərliyi altında Livanın Biqa vadisindəki Fələstin düşərgəsində terrorçuluq
təlimi keçən Əli Xameneyi kimi adamlar idi”, – deyə Rza Pəhləvi şah dövründə
ölkənin təhlükəsizlik orqanı olan SAVAK-ın siyasi müxalifləri təqib etməsi və
zindana atması barədə sualı cavablandırarkən bildirib.
Şahzadənin hazırkı İran rəhbəri haqqında dediyi bu sözlər Ayətullah
Xameneyinin Sovet İttifaqı və onun DTK ilə əlaqələri barədə müzakirələrə yol
açıb, o cümlədən Xameneyinin vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar
Dostluğu Universitetində oxuması ilə bağlı mövzu yenidən gündəmə gəlib.
Xameneyinin KQB-nin himayəsində olan və o dövrün terminologiyası ilə desək,
üçüncü dünya ölkələri üçün SSRİ-nin hədəflərinə uyğun elitanın
formalaşdırılmasına xidmət edən sözügedən universitetdə təhsil alması barədə
fikirlər 2010-cu il fevralın 5-də Rusiyanın “Russia Today” (RT) dövlət
televiziya kanalının yaydığı bir reportaja əsaslanır.
Kanalın müxbiri Marina Zarubin Patris Lumumba adına Xalqlar Dostluğu
Universitetinin 50 illiyi ilə bağlı ingilis dilində hazırladığı süjetdə
bildirir ki, universitetin məzunları arasında çoxlu yüksək səviyyəli və
tanınmış siyasi xadimlər vardır, bu sırada İranın ali lideri Əli Xameneyi və
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas qeyd oluna bilər.
Daha ətraflı süjetdə: