78cf3efa-e0d9-4c01-938c-6aa0d53f3918..jpg

Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi – Təlimdən VİDEO

Baxış sayı: 570 dəfə baxılıb.

Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi – Təlimdən VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024”
(“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra
olunan fəaliyyətlərin təhlili barədə danışıblar.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim
edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri
ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya
zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi
üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib.


Source link