“Səbail” klubu baş məşqçisi ilə yollarını ayırıb

“Səbail” klubu baş məşqçisi ilə yollarını ayırıb

Baxış sayı: 2. 360 dəfə baxılıb.

“Səbail” PFK-nın rəhbərliyi baş məşqçi Samir Əliyevlə yolları ayırmaq qərarına gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, hər iki tərəf arasında keçirilən görüşdə komandanın Azərbaycan Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb. 

Qarşılıqlı razılıq əsasında Samir Əliyevin “Səbail” PFK-nın baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Premyer Liqanın debütantı kimi mübarizəyə qoşulmuş “Səbail” cari mövsümü 23 xalla VII sırada başa vurub.

S.T.
www.ÇıxışYolu.Com