“Səbail” klubu yay fasiləsində növbəti futbolçu transferini həyata keçirib.
ÇıxışYolu.Com klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən mövsüm “Kəpəz”in kapitanı olan Şəhriyar Rəhimovu heyətinə qatıb.
29 yaşlı sol cinah müdafiəçisi ilə bir illik müqavilə bağlanılıb.
Qeyd edək ki, mövsüm başa çatandan sonra 12 futbolçu ilə yollarını ayıran “Səbail” yaxın günlərdə Azərbaycan millisinin üzvləri, ötən mövsümü “Qarabağ”da çıxış etmiş Rahid Əmirquliyev və Ağabala Ramazanovla da bir illik müqavilə bağlayıb.
S.T.
www.ÇıxışYolu.Com